525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslamabad şəhərində yanvarın 24-də Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclası keçirilib.
525.az xəbər verir ki bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iclasda Azərbaycanın müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev və Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri, Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətlərinin üzvləri, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, komissiyanın həmsədri Xavaca Məhəmməd Asif Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, iki qardaş ölkə arasında tarixi dostluq əlaqələri, uzunmüddətli uğurlu əməkdaşlıq münasibətləri haqqında danışıb.
O, Pakistanın və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasında dostluq bağlarının, müxtəlif sahələrdə yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verdiyini qeyd edərək, bu əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin aidiyyəti qurumlarının göstərdiyi səyləri yüksək qiymətləndirib.
Komissiyanın həmsədri Vüqar Mustafayev Pakistan Hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə Azərbaycan nümayəndə heyəti adından təşəkkürünü bildirib.
V.Mustafayev ölkələri yüksək hörmətə və etimada, çoxillik dostluq və qardaşlıq münasibətlərinə əsaslanan unikal əlaqələrin birləşdirdiyini qeyd edib.