525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kolumbiyada korrupsiya qalmaqalının araşdırılması fonunda ölkənin maliyyə naziri Rikardo Bonilya istefa verib.
525.az “Report” -a istinadən xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro artıq yeni maliyyə naziri təyin edib.
Bu, maliyyə nazirinin müavini vəzifəsində çalışan Dieqo Gevara olub.
Petronun sözlərinə görə, Bonilyanın istefası onun günahının sübutu deyil, hökumətə təzyiqdən qaçmaq zərurətindən irəli gəlir.
Bonilya isə, öz növbəsində, diqqətini reputasiyasının qorunmasına yönəltmək niyyətində olduğunu və təqsirsizliyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, qalmaqal Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Agentliyin (UNGRD) vəsaitlərinin sui-istifadəsi ilə bağlı araşdırma ilə başlayıb.
O cümlədən söhbət La Quaxira əyalətini su ilə təmin etmək üçün nəzərdə tutulan 46,8 milyard peso (10,5 milyon ABŞ dolları) dəyərində su tankerlərinin alınmasından gedir.