Icma.az bildirir, Sonxeber.az portalına istinadən. ABŞ-li həkimlərdən açıqlama: Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?
Qəhvə, çay, yoğurt, sitrus meyvələri və şirin qazlı içkiləri acqarına qəbul etmək həzmetmə və qanda şəkərə nəzarətlə bağlı problemlər yarada bilər.
Oxu.Az-ın "Daily Mail"ə istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Corctaun Universitetinin Xəstəxanasından olan diyetoloq Robinn Çutkan və Nyu-Yorkdan olan qastroenteroloq Maykl Şopis danışıblar.
Mütəxəssislərin sözlərinə görə, kofein mədə turşusu ifrazını stimullaşdıra bilər ki, bu da mədə yanması, ürəkbulanma, öskürək, ağız qoxusu və qarında şişkinlik kimi simptomlara gətirib çıxara bilər.
Həmçinin aşağı qida borusunun sfinkteri genişlənə və mədə turşusu yenidən qida borusuna qayıda bilər və bu da turşu reflüksünə səbəb ola bilər.
Bu cür təsirlər mədənin həm boş, həm də dolu olduğu zaman baş verə bilər, lakin acqarına xoşagəlməz hisslər daha qabarıq özünü göstərir.
Həkimlər əlavə ediblər ki, ənənəvi olaraq digər növlərə nisbətən tərkibində daha çox kofein olan qara çayı içməzdən əvvəl də qəlyanaltı etmək lazımdır.
Çobanyastığı, hibiskus və nanə çaylarını isə qorxmadan içmək olar.