Adil Xudadatovun növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıt Bələdiyyəsi vətəndaş yönümlü idarəetmə prinsipini əsas tutaraq növbəti dəfə şəhər sakinlərinə açıq tribuna təqdim edib.
"Unikal" xəbər verir ki, bələdiyyə sədri Adil Xudadatovun rəhbərliyi ilə vətəndaşların növbəti qəbul görüşü baş tutub.
Görüşdə şəhərin müxtəlif ərazilərindən olan sakinlər iştirak edib və birbaşa olaraq öz problemlərini, təkliflərini və sosial ehtiyaclarını səsləndiriblər.
Qəbul zamanı çıxış edən vətəndaşlar əsasən şəhərdəki yol və küçələrin vəziyyəti, abadlıq işlərinin sürətləndirilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi, maddi yardım məsələləri, həmçinin məhəllələrdə yaşanan konkret infrastruktur problemləri ilə bağlı fikirlərini bölüşüblər.
Adil Xudadatov qaldırılan məsələləri diqqətlə dinləyib və həlli daha operativ şəkildə mümkün olan problemlərlə bağlı aidiyyəti şöbə və məsul şəxslərə yerindəcə tapşırıqlar verib.
O, bildirib ki, Sumqayıt Bələdiyyəsi hər bir vətəndaşın səsini eşitmək və onların gündəlik həyatını asanlaşdırmaq üçün daim açıqdır: “Vətəndaş məmnuniyyəti bizim fəaliyyətimizin əsas ölçüsüdür.
Hər bir sakin bizim üçün dəyərlidir və onların səsləndirdiyi hər fikir, hər təklif bizim üçün yön göstərən işıqdır,” – deyə bələdiyyə sədri vurğulayıb.
Tam oxu
Xəbəri oxu