Sherg.az saytına istinadən Icma.az xəbər verir. Rochester Universitetinin apardığı başqa bir araşdırmada müəyyən olunub ki, yüksək zəkaya ma
Bəs bunun səbəbi nədir?Sherg.az xəbər verir ki, Edinburq Universitetinin apardığı yeni araşdırmaya görə, uşaqlıq dövründəki zəka səviyyəsi i
Alimlər hesab edirlər ki, bu nəticələr zəkalı uşaqların niyə daha uzun ömür yaşadıqlarını anlamaq baxımından mühüm addımdır.Tədqiqatın rəhbə
David Hill “Daily Mail”ə açıqlamasında bildirib:“Bu əlaqənin qaçılmaz olduğunu söyləmək doğru olmaz.
Lakin mühiti dəyişməklə bu xüsusiyyətlərlə bağlı genləri, eləcə də zəka ilə uzunömürlülük arasındakı əlaqəni dəyişdirmək mümkündür.”Araşdırmanın detallarıTədqiqat 400 mindən çox insanı əhatə edib və 6-18 yaş arası uşaqlardan toplanan zəka göstəriciləri ömür uzunluğu ilə müqayisə olunub.Dr.
Hill əlavə edib:“Bu əlaqənin bir çox fərqli səbəbi ola bilər.
Onlardan biri, uşaqlıqda yüksək zəka səviyyəsinin daha yaxşı təhsil nəticələrinə gətirib çıxarması və bunun da sağlam həyat şəraitinə çıxışı asanlaşdırmasıdır.
Digər ehtimal isə uşaqlıq zəka səviyyəsi ilə bağlı genetik variantların orqanizmi və beyni ətraf mühitin zərərli təsirlərinə qarşı daha dayanıqlı hala gətirməsidir.”Zəkanın yalnız təhsilə təsiri yoxdurAraşdırma göstərib ki, yüksək IQ-ya sahib olmağın faydaları təkcə akademik uğurlarla məhdudlaşmır - bu, insanın ümumi həyat keyfiyyətinə və sağlamlığına da təsir edir.Əvvəlki bir tədqiqatda isə hər test balı artımının 17-69 yaş aralığında aparılan müşahidələrdə ölüm riskini 24 faiz azaltdığı müəyyən edilmişdi.