Aİ Abramoviçə qarşı sanksiyaları yumşaldır
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı sərvəti 9,7 milyard dollar olan rusiyalı milyarder Roman Abramoviçə qarşı tətbiq edilən sanksiyaların ifadəsini dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, Aİ-nin əvvəlki sanksiya sənədlərində Abramoviçin “Krımın ilhaqında və ya Ukraynanın sabitliyinin pozulmasında” iştirak edən Rusiya rəsmiləri ilə əlaqələrdən faydalandığı və onun “Rusiya hakimiyyəti üçün mühüm gəlir mənbəyi olan iqtisadi sektorlarla” məşğul olduğu iddia edilirdi.
İndi isə Aİ yalnız ilk formulu saxlayıb. Abramoviç ona qarşı tətbiq edilən bütün sanksiyalara etiraz edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu