Aİ Ermənistan strateji sənədi Azərbaycanla sülh prosesinə zərər vurur “Bunlar sadəcə texniki cümlələr deyil...”
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
“Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış strateji sənəd proqram xarakteri daşıyır və ümumilikdə 64 səhifədən ibarətdir.
Sənəddə Ermənistanın Aİ ilə siyasi qarşılıqlı fəaliyyət, iqtisadiyyat, demokratiyanın inkişafı və digər sahələr üzrə strateji gündəliyi öz əksini tapıb”.“AzPolitika” bildirir ki, bunları politoloq Fərhad Məmmədov sözügedən sənədi şərh edərkən yazıb.
F.Məmmədov deyib ki, sənəddə CEPA+ – yeni ticarət müqaviləsi yoxdur, həmçinin Ermənistanın gələcəkdə Aİ-yə üzvlüyü ilə bağlı da heç bir fikir yer almır.
Bu sənəd sadəcə hazırda mövcud olan fəaliyyətlərin və planlaşdırılan addımların sistemləşdirilmiş siyahısıdır.
Politoloq sənədi “Aİ-dən Ermənistana maksimal siyasi dəstək paketi” kimi xarakterizə edib.Politoloq vurğulayıb ki, sənəddə Azərbaycan 5 dəfə xatırlanır və bunun iki dəfə sülh gündəliyi çərçivəsində olması normaldır.
Lakin o, giriş və nəticə bölmələrində yer alan bir sıra məqamları “qəbulolunmaz və aydınlaşdırılmağa ehtiyacı olan” ifadələr kimi qiymətləndirib.Fərhad Məmmədov diqqətə çatdırıb ki, sənədin “Giriş” hissəsində belə yazılıb: “Xüsusi diqqət həmçinin Azərbaycanın hərbi əməliyyatından sonra köçürülmüş Qarabağ ermənilərinin ehtiyaclarına və onların sosial-iqtisadi inteqrasiyasına ayrılacaq”.
Eyni məzmunda fikir sənədin “Nəticə” hissəsində də təkrar olunur.
Tam oxu
Xəbəri oxu