Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Quba rayonunda 53 yaşlı kişi anasına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 19-da Quba şəhərində baş verib.
1972-ci il təvəllüdlü Ramiz yaşadıqları evdə ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı ağac parçası ilə anası Sənəmin (adlar şərtidir – red.) baş nahiyəsindən vurub.Hadisəni törədən Ramizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.İş üzrə ifadə verən Ramiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, mayın 19-da saat 21 radələrində spirtli içkinin təsiri altında yaşadıqları evə gəlib:“Bu zaman anamla aramızda mübahisə baş verdi.
Mübahisə zamanı evdən götürdüyüm ağac parçası ilə onun baş nahiyəsindən vuraraq xəsarət yetirdim”.Quba Rayon Məhkəməsinin hökmü ilə Ramiz aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.Fariz Məlikli Demokrat.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.