Aqrar subsidiyada yeniliklər
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aqrar Subsidiya Şurası əkin subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüləri ilə bağlı yeni qərarlar qəbul edib.
Bu barədə XQ-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq yeni tələblər müəyyənləşdirilib.
Dəyişikliklərə əsasən, birillik bitkilər – arpa, buğda, çəltik və qarğıdalı üçün əsas və təkrar əkin subsidiyalarının alınması üçün ümumi əkin sahəsi 10 hektar və ya daha artıq olmalıdır.
Çoxillik bitkilər – üzüm, çay, fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, alma, armud, gilas, xurma (xirnik), badam və qoz bağları üçün isə minimum əkin ölçülərinə uyğun olaraq sığortalanma tələb olunur.
Aqrar Subsidiya Şurasının subsidiya əmsalları ilə bağlı qərarına əsasən 2025-ci ildə yeni subdidiyaların tətbiqi də planlaşdırılır.
Belə ki, qaragilə (mavigilə) əkin subsidiyası Şirvan –Salyan, Dağlıq Şirvan, Abşeron –Xızı və Lənkəran – Astara iqtisadi rayonları ilə yanaşı Quba – Xaçmaz iqtisadi rayonlarını da əhatə edir.
Tam oxu
Xəbəri oxu