“Art Weekend” zamanı “Suyun sirri” pantomim tamaşanın premyerası olacaq Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək “Art Weekend” zamanı başlıca element seçilən su müxtəlif təqdimatların əsas mövzusu olacaq.
“Qafqazinfo” xəbər verir ki, belə təqdimatlardan biri də Daş Salnamə Muzeyində təşkil olunacaq.
Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviq edən “Art Weekend” çərçivəsində “Suyun sirri” pantomim tamaşası təqdim ediləcək.
Tamaşa xüsusi olaraq “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün hazırlanıb.
Azərbaycanın Xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayevin müəllifi olduğu layihə insan və su arasındakı əbədi bağlılığı təsvir edir.
Pərviz Məmmədrzayevlə yanaşı layihəyə 7 aktyor cəlb edilib. Tamaşada insanların həyatın mənbəyi hesab olunan su axtarışları səhnələşdirilir.
Tamaşanın premyerası noyabrın 1-də olacaq. 31 oktyabr - 2 noyabr tarixlərində paytaxtda keçiriləcək “Art Weekend” layihəsinin müəllifi və tə
Tam oxu
Xəbəri oxu