Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Böyük Qayıdış” iqtisadiyyatımızın inkişafı üçün nə vəd edir?
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış” proqramının icrası əsas prioritetlərindən biri kimi müəyyən edilib.
Proqram çərçivəsində azad ərazilərdə yeni infrastrukturların qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilməkdədir.
İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı... Azad edilmiş ərazilərin zəngin iqtisadi resursları, xammal ehtiyatları, münbit aqrar
Bu bölgənin zəngin mineral ehtiyatları vardır, Cəbrayıl və Kəlbəcər ərazisində sənaye və balıqçılıq sahəsinin inkişafı mümkündür.
İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdirlər.
Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdirlər.