Azərbaycanlı idmançı gümüş medal qazanıb
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə 17 yaşadək yeniyetmələr arasında Cadet Circuit keçirilir.Reyting.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, qılıncoynadanımız Abbas Hüseynov 150-dən çox oğlan sablyaçıların yarışdığı şəxsi mübarizədə gümüş medal qazanıb.Qrup mərhələsində keçirdiyi bütün görüşlərdə (5 qələbə) qalib gələn Abbas pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib.
Abbas finalda Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq "Cadet Circuit"in İstanbulda keçirilən mərhələ yarışında gümüş medala layiq görülüb.
Ana səhifəyə dön Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu