Bakı metrosunda 10 dəqiqəlik intervalın SƏBƏBİ
Icma.az bildirir, Modern.az portalına istinadən. Bakı metropoliteninin işində problem yaranıb.
Modern.az "Oxu.az"a istinadən məlumat verir ki, "Memar Əcəmi" stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb.
"Qatarlar tuneldə getdiyi qədər də hər platformada dayanır. Hər platformada ən azı 2-3 dəqiqə gözləyirlər", - deyə şikayətdə bildirilir.
Məsələyə "Bakı Metropoliten" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov münasibət bildirib.
Qurum rəsmisi bildirib ki, hazırda Bakı metropoliteninin xətlərində hər hansısa bir texniki problem yoxdur: "Yaranan problemin xüsusiyyəti yenə də sərnişin sıxlığından və qatarlara minib-düşmə prosesinin ləngiməsindən, qapıların saxlanması nəticəsində qatarların stansiyanı gec tərk etməsi səbəbindən formalaşıb".
O qeyd edib ki, dispetçerlər əsasən tənzimlənməni və interval pozuntularının qarşısını almaq üçün mümkün bütün tədbirləri görürlər.
"İkinci vacib məqam, stansiyada və yaxud tuneldə qatarın normadan artıq dayanmasdır.
Qatarın stansiyanı vaxtında tərk edə bilməməsi nəticəsində intervalda da problemlər yaranır.
Tam oxu
Xəbəri oxu