Bələdiyyə seçkilərində 71 saylı seçki dairəsi üzrə 102 yaşlı iki uzunömürlü səs verəcək
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 2 nəfər səs verəcək.
"Report"un Muğan bürosunun məlumatına görə, onlar 102 yaşlı Rüstəmova Həcər Ağasalah qızı və 102 yaşlı Zamanov Əbiş İbiş oğludur.
Qeyd edək ki, 71 saylı Cəlilabad şəhər seçki dairəsində 210 namizəd qeydə alınıb.
50 048 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 52 məntəqə mövcuddur. Məntəqələrdən 14-də veb kameralar quraşdırılıb.
Bizim Telegram kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu