“Blogger”lərin həbsi: TikTok da cəmiyyətin düşüncəsinə, mental kodeksinə qarşı basqı düzənlənib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Sosial şəbəkələr istifadəçilər üçün böyük auditoriyaya çatmaq imkanı yaradır.
Bu, müəyyən lazımlı məlumatların, maarifləndirmə tədbirlərinin, inkişaf proqramlarının auditoriyaya çatdırılması baxımından çox müsbətdir.
Lakin təəssüf ki, bu gün sosial platformalarda özünü “blogger” , “tiktoker” adlandıran, cəmiyyətə heç bir fayda verməyən şəxslər də var.
Hansı ki, bu “blogger” və “tiktoker” lər qeyri-etik hərəkətləri, milli mənəviyyata və mentalitetə ziyan vuran mənasız videoları ilə cəmiyyətə pis örnək olurlar.
Bu şəxslər polis bölmələrinə çağırılaraq xəbərdarlıq edildi. Lakin bu xəbərdarlıq heç bir nəticə vermədi.
DİN bu “blogger” və “tiktoker” lərə 4 aylıq həbs cəzası verdi.
Həbs edilən şəxslərin sosial mediada olan izləyiciləri, müxtəlif platformalarda bu cəzanın ağır olduğunu bildirirlər.
Həqiqətənmi 4 aylıq həbs cəzası bu şəxslər üçün ağır cəzadır? Daha yüngül cəza tədbiri keçirilə bilərdimi?
Tam oxu
Xəbəri oxu