Modern.az saytına istinadən Icma.az xəbər verir. Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şərq rayonlarından başlayaraq bəzi y
Axşam arı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.