Cincilim romanı çap olundu
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Yazıçı Bəhruz Romançının yeni romanı çap olunub.
Kulis.az xəbər verir ki, "Cincilim" adlanan roman "Qanun" nəşriyyatında çıxıb.
Romanda 90-cı illərin çətin dövrlərindən, Ərəllə Cincilimin saf məhəbbətindən, qovuşmaq üçün dəf etdikləri maneələrdən bəhs edilir.
Əsərdə iki gəncin sevgisi ilə yanaşı, dövrün zəngin palitrası da təqdim olunub.
Rəvan, axıcı dillə yazılmış roman geniş oxucu kütləsinin marağına səbəb olacaq.
Qeyd edək, "Cincilim" müəllifin sayca ikinci kitabıdır, onun ötən il "Günəşin kölgəsində" adlı debüt romanı nəşr olunub.
Məşhur aktyor vəfat etdi Kömək istəyən Cümşüdün ölümünün günahı kimdədir?
Qazax Dövlət Dram Teatrı 87-ci mövsümü başa vurdu Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu