Azpost saytından alınan məlumata görə, Icma.az bildirir. COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı ? 1.
İndiyədək iqlim dəyişikliyilə əlaqəli konfransların heç biri belə siyasi və diplomatik gərginliklə müşahidə olunmayıb.
Az qala bütün Avropanın açıq-aşkar boykot etdiyi, cəmi bir neçə Avropa ölkəsinin qatıldığı heç bir digər COP tədbiri olmayıb.
Məhz bu baxımdan, COP29 başlamazdan öncə nəinki heç bir nəticə olmayacağı, hətta böyük uğursuzluq olacağı ilə bağlı iddialar səslənirdi.
Bütün bunlara baxmayaraq Prezident İlham Əliyev COP29 açılışında COP -la bağlı Azərbaycana qarşı qarayaxma və boykot aparanlara qarşı daha sərt münasibət sərgilədi.
COP29-un böyük uğurla başa çatmasını nəzərə alsaq, buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyini üzərinə götürən andan hər şey, bütün siyasi və diplomatik təzyiqlər nöqtəsinə qədər hesablanıbmış .
Digər COP-lardan fərqli olaraq, inkişaf etmiş ölkələrin DOMİNANTLIĞI deyil, məhz Prezidentin siyasi iradəsi və komandanın ağır əməyi COP29 -da ciddi dönüş və tarixi nəticələr əldə olunmasında mühüm rol oynadı.
2. Bəzi COP-larda növbədən kənar iclaslar olsa da, gecə saat 4-də Qlobal Razılaşma uğrunda “vuruşma” heç birində olmayıb.