Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatındaArtıq ilin sonuncu ayıdır.
Əvvəllər, dünyanın əmin-amanlıq vaxtlarında bu zaman insanlar Yeni İl ab-havası ilə planlar qurardılar. İndi isə vəziyyət fərqlidir.
Ətrafda eşidilənlərdən ancaq onu sezmək mümkündür ki, gələn il bu ilkindən daha da çətin ola bilər.
Özü də hansısa bir konkretlik yoxdur hələ, hər şey məchul formada təsvir edilir.
MÖVZU İLƏ BAĞLI:Enerjidən effektiv istifadə ilə bağlı sistem YARADILIR – MÜHÜM YENİLİK Qlobal bazarlarAmma qlobal bazarlarda buna real hazırlıq gedir: dünya iqtisadiyyatının aşağı inkişaf templəri qarşılığında enerji daşıyıcıların da ucuzlaşacağı proqnozlaşdırılır.
Bir tərəfdən də siyasilərin atdıqları addımlar bazarlarda vəziyyəti daha da mürəkkəbləşdirir.Dekabrın 3-də Avropa İttifaqı Şurası və Avropa parlamenti Rusiya qazının idxalının tədricən dayandırılması məsələsini sürətləndirmək üçün ilkin razılığa gəldi.
Avropa Komissiyası üzv ölkələrin energetika nazirləri dekabrın 15-də bu əldə edilmiş razılığı təsdiqləməli və Avropanın Rusiya enerjisindən asılılığına son qoymaq istəyini reallaşdırmalıdırlar.Rusiyanın mayeləşdirilmiş təbii qaz idxalına tədrici qadağa qısamüddətli müqavilələr üzrə 2026-cı ilin 25 aprel tarixindən qüvvəyə minəcək.