Elektrikdən gecə saatlarında istifadə et, az ödə
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropada elektrik satışına diferensial tətbiqini hamı bilir: elektrikdən gecə saatlarında istifadə et, az ödə.
Avtosfer.az xəbər verir ki, indi Amsterdam bələdiyyəsi bu ənənəni elektrikdoldurma məntəqələrinə də tətbiq etmək niyyətindədir.
Məqsəd şəbəkənin yüklənməsini tarazlaşdırmaqdır. Bu həftədən başlayan sınaqlar 3000 məntəqədə keçirilir. İstifadə də asandır.
Elektromobil sahibi məntəqə işçisinə maşını nə vaxt götürəcəyini bildirir.
İşçi də öz növbəsində elektrik qiyməti aşağı olduqda maşını şəbəkəyə qoşur. İstifadəçilər ilk gündən bu təcrübədən razıdırlar.
Bəzi modellərdə hər doldurmada 10 avro qənaət etmək mümkün olur.
Vüqar Yaşaroğlu Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu