Əliyev Əhməd əş Şaranı Azərbaycana dəvət etdi: Yeni geosiyasi koalisiya…
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Respublikası Prezident İlham Əliyevi Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraya təbrik məktubu və onun Azərbaycana dəvət olunmasını iki ölkə arasında yeni səviyyəli münasibətlərin başlanması kimi dəyərləndirmək lazımdır”.
Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraya göndərdiyi məktubu şərh edərkən deyib.
Onun sözlərinə görə, Suriyada uzun müddət davam edən vətəndaş müharibəsi Azərbaycanı daim narahat etmiş, oradakı insanların ağır vəziyyəti həmişə bizim diqqət mərkəzimizdə olmuşdur: “Bu ölkənin əhalisinin ciddi bir hissəsini təşkil edən türkmənlərin-azərbaycanlıların dözülməz şəraitdə yaşaması dəfələrlə ən yüksək səviyyədə, müxtəlif konfrans və simpoziumlarda müzakirə olunub.
Suriyadan qaçaraq Türkiyəyə pənah gətirmiş türkmənlərin çəkdikləri əzabı yüngülləşdirmək üçün Azərbaycan həmişə Türkiyə ilə birlikdə hərəkət etmişdir.
İlham Əliyev İndi Suriyada müxalifətin, nəhayət, despot Bəşər Əsəd rejimini devirməsi ilə orada demokratik, sivil, müstəqil dövlətin yaradılmasına ümidlər artmışdır.
Azərbaycan da Türkiyə kimi Suriyada xalqların azad yaşaması, müharibənin bitməsi, insanların çəkdikləri məşəqqətlərə son qoyulmasını arzulayan və buna çalışan qardaş ölkədir”.
Ekspert deyib ki, bizim Suriya ilə münasibətlərimizin daha da inkişaf etdirilməsi, orada yaşayan millətimizin nümayəndələrinin vəziyyətinin yaxşılaşmasına səbəb olacaq ki, bu da millətimizin ürəyincə olan bir hərəkətdir: “Azərbaycan təkcə Azərbaycanda yaşayan azərbaycanlıların vətəni olmaqdan çoxdan çıxıb.
Tam oxu
Xəbəri oxu