Əsədin gedişi İranı nüvə silahına yaxınlaşdırıb
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Bu fikirlər "New York Times"da (NYT) dərc olunan məqalədəndir.
Nəşr öz mənbələrinə istinad edib. İran Əsədin köməyinə niyə gəlmədi?
- “The Wall Street Journal” səbəbi açıqlayıb Məqalə müəllifi iddia edib ki, hazırda rəsmi Tehran nüvə silahı əldə etməyə özünün 20 illik səyləri dövründə heç vaxt olmadığı qədər yaxındır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin sözlərinə görə isə, İran uran istehsalında dramatik sürətlənmə nümayiş etdirir.
O əlavə edib ki, bu ölkənin dörd bomba yaratması üçün kifayət qədər ehtiyatı var.
Lakin bunun üçün bir ildən 18 aya qədər vaxta ehtiyac olacaq: "Qrossi vurğulayıb ki, İran tərəfi indi ölkənin daha çox təhlükəli məhsullar istehsal edə biləcəyini göstərən bir sürətlə irəliləyir".
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib.
Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər.
Tam oxu
Xəbəri oxu