Əsədin Suriyadan qaçışının sensasion TƏFƏRRÜATI Bu qədər nağd pul aparıb
Icma.az, Turkstan.az saytına istinadən bildirir. Keçmiş Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl 500 min dollar pul, qiymətli əş
Əsəd rejiminin süqutuna qədər 48 saat ərzində təyyarə ilə 4 gediş edib.
Dəməşqdən Əbu-Dabidəki Əl Batin hava limanına ilk 2 reys dekabrın 6-da həyata keçirilib.Həmin vaxt Əsəd ailəsinin üzvləri nağd pul, eləcə də rəsm və kiçik heykəllər daşıyaraq Suriyanı tərk ediblər.“Embraer” dekabrın 7-də axşam saatlarında Suriya paytaxtından 3-cü dəfə havaya qalxıb və orada nağd pul kisələri, habelə maliyyə qeydləri, iclas protokolları, şirkət və əmlaka sahiblik məlumatları, pul köçürmələri və ofşor hesabların təfərrüatlarını özündə əks etdirən sərt disklər və elektron qurğular yüklənib.
Xatırladaq ki, 2024-ccü il dekabrın 8-də üsyançılar paytaxta daxil olduqdan sonra Dəməşq hava limanı bağlanıb və Əsəd Latakiyaya qaçıb.
Sonuncu dəfə Əl-Batindən havaya qalxan “Embraer” Homs üzərində uçub və Rusiyanın Xmeymim aviabazasına enməzdən əvvəl təxminən 6 saat gözdən itib.
Bu dəfə Bəşər Əsədin silahlı tərəfdarlarının rəhbəri Həsən İbrahimin silahdaşı Əhməd Xəlil Suriyanı tərk edib.
O, Xmeymim bazasına BƏƏ səfirliyinə məxsus zirehli maşınla gəlib və həmçinin Suriya Beynəlxalq İslam Bankındakı hesabından çıxardığı nağd pulu da aparırmış.
Hesab Dəməşqdə yerləşən Al-Burj Investments şirkətinə məxsusdur.
Tam oxu
Xəbəri oxu