Ev almaq istəyənlər üçün vacib XƏBƏR
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb.
Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib.
Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub. Hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv.
metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv.
metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.
BAKU.WS xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib.
Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir.
İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.
Tam oxu
Xəbəri oxu