Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun məhkəmə istintaqı başlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham elan edilib.
Polkovnik Cəlilov rəis kimi çalışdığı dövrdə 1159 nəfərə hərbi xidmətə yararsız və ya möhlət verilməsi qarşılığında 2 milyon 464 min manat rüşvət almaqda ittiham edilir.
O, həmçinin 10 nəfərdən rüşvət alaraq onları işlə təmin edib. Mirzə Cəlilov ittihama münasibətdə özünü təqsirli bilməyib.
Sərbəst ifadəsində deyib ki, hərbi xidmətə yararsız olanlar barədə aktları rəisi olduğu xidmət deyil, həkimlər verib: "Mən heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın.
Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə gətirib mənə verirdilər. Yığılan pulun 10 faizi sonradan onlara verilirdi.
Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam". Prosesin davamında şahidlərin dindirilməsinə başlanılıb.