Icma.az, Azpost saytına istinadən bildirir. Hesablama Palatası 2024cü ildə satınalma ilə bağlı 379,5 min manat məbləğində 23 müqavilə bağlay
AzPost bildirir ki, bu barədə Palatanın 2024-cü il üzrə büdcəsinin icrası ilə bağlı açıqladığı rəsmi hesabatında bildirilib.
Qeyd edilir ki, hesabat ilində həmçinin Hesablama Palatası tərəfindən 1 istiqamət üzrə kotirovka sorğusu tətbiq edilməklə çərçivə sazişi bağlanıb.
Həmin saziş üzrə bağlanılmış sadə müqavilələrin cəmi məbləği 19,7 min manat təşkil edib.
Beləliklə, bağlanılmış müqavilələrin məbləği 399,2 min manat olub.
Çərçivə sazişi nəzərə alınmadan müqavilələrin 15-i rəqabətli satınalma metodları tətbiq edilərək bağlanılıb, burada müqavilələrin ümumi məbləği 241,0 min manat təşkil edib.
Çərçivə sazişi nəzərə alınmaqla rəqabətli metodlar üzrə bağlanılmış müqavilələrin məbləği 260,7 min manat olub.
Hesabat ilində rəqabətli metodlar tətbiq olunmaqla keçirilmiş bütün satınalmalar elektron satınalma formasında olub.