İdil çayı boyunca uzanan Türk elləri
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi I yazı Qədim yunan coğrafiyaşünaslarının-H.Halikarnaslı (e.ə. 484-425), M.Fales (e.ə.
640-548), M.Hekatey (e.ə.550-490), Strabon (e.ə.23-64), K.Ptolomey (100-170)..., ərəb səyyahlarının- Ə.F.Bağdadi (879-960), Ə.F.Həmavi(1273-1331), Qərbi Avropa alimlərinin XIV əsrdə venesiyalı Federiik və Dominik Pitsiqani qardaşları, A.Oleari (1599-1671)...imzalı xəritələrdə, səyahət qeydlərində, əsərlərində Avropa qitəsinin Şərq hissəsi ilə bağlı göstərilən coğrafi adların etnomorfoloji və etnofiloloji mənaları ilk növbədə əski Türk qəbilə-tayfa birliklərinin Dil-Ailə qruplarına aid olmaqla yanaşı, həm də müasir dövrdə həmin ərazidə yaşayan kökənli etnosoyların tələffüz və leksik üslubuna, coğrafi məkan xüsusiyyətlərinə xeyli dərəcədə doğmadır.
Yuxarıda adları çəkilən Əski/Antik dövr yunan səyyahlarının xəritələrində İtil/İdil çayı (qədim Türk dilli qəbilələrin dillərində “iti axan çay” mənasında) adlanan indiki Volqa çayının orta hövzəsində yaşayan və Ural-Altay dil ailəsinə aid olan xalqların dil-leksik tələffüzündə, filoloji nitq tərkibində ÜmumTürk sözlərinin və ya doğma məna kəsb edən ifadələrin təşəkkül tapması e.ə.
X-VIII minilliklər çağı, Üst Daş dövrü ilə bağlı olduğuna bir daha sübutdur.
Qeyd edilən tarixi-coğrafi mülahizələr, o cümlədən, “Herodota görə Ural-Volqaboyu hövzəsi, e.ə.
V əsrə görə” nəzəriyyəsi, Ə.F.Bağdadinin “Risaləsi” (921-922-ci illərdə İtil/İdil çayı hövzəsi səyahətlərinin nəticəsi) bu ərazilərin kökənli xalqlarının adlarını (Oğuzlar, Başqurdlar, Bulqarlar, Xəzərlər....) göstərir və etnogenetik milli düşüncə, təkamül/təfəkkür...eyniliyini təsdiq etmişlər.
İtil/İdil çayının orta və aşağı axın hövzələrinin Biçənək-Bulqar düzənliyini də özündə ehtiva edən “Cuci ulusunun xəritəsi” (F.
Tam oxu
Xəbəri oxu