İmkansızı bacaran baş məşqçilər SİYAHI Yeni Sabah
Yenisabah saytına istinadən Icma.az xəbər verir. Futbol bir idman növü olduğu qədər, həm də strategiya və taktikaların mübarizə apardığı yar
Bu yarışda isə əsas söz sahibi məhz komandaların sükanı arxasında olan baş məşqçilərdir.
Bir çox baş məşqçilər uğur qazanmağın yolunu güclü futbolçular və sistemli heyətlərin olmasında görsə də, bəzi bunlar olmadan belə kuboklar əldə etməyi bacarır.
Yenisabah.az məhdud büdcələr və orta səviyyəli futbolçularla çox böyük uğurlar qazanmış mütəxəssisləri oxuculara təqdim edir: Otto Rehagel – Yunanıstan milli komandası Yunanıstan milli komandasının heyətində qurduğu güclü müdafiə sistemi ilə italyanları belə qısqandıran Otto Rehagel 2004-cü ildə keçirilən Avropa çempionatında kuboku qazanmağı bacarıb.
Alman baş məşqçi final görüşündə turnirin ev sahibi Portuqaliya seçməsini məğlub edib.
Bu sürpriz nəticə yunanların futbol tarixində qazandığı ən böyük uğurdur.
Klaudiyo Raniyeri – “Lester Siti” 2014-2015-ci il mövsümündə əsas liqada qalmaq uğrunda mübarizə aparan “Lester Siti”nin baş məşqçisi təyin olunan Klaudiyo Raniyeri növbəti ilin sonunda klubu İngiltərə Premiyer Liqasının qalibi edib.
“Tülkülər” mövsümün yekununda ən yaxın izləyiciləri olan “Arsenal”ı 10 xal qabaqlamağı bacardılar.
Tam oxu
Xəbəri oxu