Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İran-Azərbaycan münasibətləri hazırda bir dinamika içindədir və dəyişmə ərəfəsində olduğu görünür".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, hər iki tərəfin münasibətləri daha da yaxşılaşdırmaq üçün cəhdləri var: "Azərbaycan həmişə bu münasibətlərin normal qonşuluq prinsipi çərçivəsində yüksək olmasına çalışıb.
Həm İran tərəfindən atılan addımlar, Azərbaycanın siyasətinin düzgün başa düşülməməsi və bir sıra ziyanlı İran tərəfindən atılan addımlar iki ölkənin münasibətlərini əvvəllər korlayıb.
Son günlərdə İran prezidentinin Azərbaycana məktubu, İran prezidentinin nümayəndəsinin Azərbaycana səfəri və burda yüksək səviyyədə qəbul olunması deməyə əsas verir ki, Azərbaycan tərəfindən münasibətlərin dərinləşməsinə heç bir maneə yoxdur və İran tərəfi də, nəhayət ki, bu münasibətlərdəki durğunluğu, ziddiyyətli məqamları aradan qaldırmağa, real addımlar atmağa başlayıb.
Amma hələlik bir şey aydın deyil ki, İran Azərbaycanla münasibətləri bir taktiki gediş, yəni müvəqqəti mərhələ kimi yaxşılaşdırmağa çalışır, yoxsa daha uzun müddətə müəyyənləşdirilmiş strateji bir kurs kimi formalaşdırmaq niyyətindədir.
Bilirik ki, İranın çətin günləridir, dünyada təqib vəziyyətindədir, sanksiya altındadır, qonşu dövlətlərlə münasibətləri normal vəziyyətdə deyil.