İqtisadiyyat nazirinin müavini Ağdaşda vətəndaşları qəbul edəcək
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 25-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yevlax şəhəri, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan etibarən Ağdaş şəhəri, Heydər Əliyev meydanı, 3 ünvanında, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Bizim Telegram kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu