İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) COP29 çərçivəsində təşkil etdiyi “Rəqəms
"Unikal" xəbər verir ki, panel sessiyada ilk çıxış edən İRİA sədrinin müşaviri Salar İmaməliyev “Israel Aerospace Industries”in COP29-da işt
“Bu korporasiyanın İRİA ilə tərəfdaşlığı təkcə innovasiya ilə məhdudlaşmır.
Münasibətlərimiz hər iki tərəfin qarşılıqlı niyyətinə əsaslanaraq texnoloji sahədə dayanıqlı və uzunmüddətli inkişafı hədəfləyir”, - deyə Salar İmaməliyev əlavə edib.
Daha sonra Dani Paslev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verib.
Qeyd edib ki, “Israel Aerospace Industries” müdafiə, kosmik və aviasiya sənayesi üçün həllərin istehsalı və işlənməsi sahəsində ixtisaslaşır.
D.Paslev aerokosmik və müdafiə sənayesində ənənəvi olaraq istifadə edilən innovativ həllərin Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının təhlili kimi sahələrdə tətbiqinin mümkünlüyünə diqqət çəkib.
“Bizim İRİA ilə tərəfdaşlığımız ilkin mərhələdə sadəcə innovasiyanın dəstəklənməsi deyil, həm də qlobal bazara inteqrasiya olunacaq rəqabətədavamlı texnologiyaların yaradılması deməkdir.
Tam oxu
Xəbəri oxu