Kamança kralı Habil Əliyev
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. 8 sentyabr Xalq artisti Habil Mustafa oğlu Əliyev anım günüdür.
Kulis.az bu münasibətlə onun həyat və yaradılığı ilə bağlı diqqətçəkən məqamları təqdim edir.
Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub.
İlk vaxtlar ailəsinin təkidi ilə tar sinfində dərs alsa da uşaqlıqda çox cılız olduğundan tara gücü çatmır sonradan kamança sinfinə keçib.
Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub.
Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb.
Tam oxu
Xəbəri oxu