Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Xalq artisti Rasim Ocaqovun anadan olmasının 91-ci ildönümü tamam olur Bakı, 22 noyabr, AZƏRTAC Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında öz məna tutumu, rəngarəngliyi, baxımlılığı ilə ayrıca bir səhifəyə çevrildi.
O, bütün filmlərində görüntü, söz və səs “trio”sunu ecazkar dirijor kimi idarə edib, yeri gələndə isə hər birini solo kimi də aksentləşdirib.Rasim Ocaqov kinoya ötən əsrin ikinci yarısından başlayan canlanma dövründə qədəm qoyub və mütəxəssislərin qənaətincə, böyük ekranın yoluxduğu bir sıra ənənəviçilik “paslanma”larına son qoyub.
Həmin vaxtlaradək ürəyində başqalarının “tamaşaçı filmə operatorun gözü ilə baxır” deyimini gəzdirən Rasim: “Əgər operator çəkərkən gözünü qırpmayıbsa, tamaşaçı da baxarkən qırpmayacaq” əlavəsini edir və bunu “Bizim küçə”, “Onun böyük ürəyi”, “Skripkanın sərgüzəşti”, “Sən niyə susursan?” və s.
filmlərdəki operatorluğu ilə sübuta yetirir.Bu gün Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Xalq artisti Rasim Ocaqovun doğum günüdür.
Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs, rəng və çalar gətirən Rasim Ocaqov gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bənzərsiz sənət nümunələri yaradıb.
İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra çəkdiyi filmlər Rasim Ocaqovun mənalı ömür yoluna işıq saçır.AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 91-ci ildönümü tamam olur.
Yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca mərhələ olan sənətkar Azərbaycanın mədəniyyət ocağı, demək olar, bütün sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Şəki Rasim Ocaqov kimi bir dahini də Azərbaycan kinematoqrafiyasına bəxş edib.