Kosovo millisinə texniki məğlubiyyət verilib
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. UEFA Kosovo milli komandasına texniki məğlubiyyət verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, buna yığmanın Millətlər Liqasının V turunda Rumıniya ilə səfər matçında meydanı vaxtından əvvəl tərk etməsi səbəb olub.
Noyabrın 15-də keçirilmiş qarşılaşmanın son dəqiqələrində ev sahibi komandanın azarkeşləri siyasi şüarlar səsləndiriblər.
Kosovo millisinin üzvləri isə buna etiraz olaraq meydandan çıxıblar.
Hadisələri araşdıran UEFA-nın Nizam-İntizam Komitəsi yığmanı texniki məğlubiyyətlə cəzalandırıb.
Həmçinin Kosovo Futbol Federasiyası 6 min avro məbləğində cərimələnib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu