Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Liverpul" "Bayer"in yarımmüdafiəçisi Florian Virtzi transfer etməkdə israrlıdır.
QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. "Mersisaydlılar" futbolçu üçün 130 milyon avroluq təklif göndəriblər.
Lakin "Bayer" bu təklifi rədd edib. Leverkuzen təmsilçisi Virtz üçün 150 milyon avro istəyir.
"Bayer" "Liverpul"un Floriana görə göndərdiyi ilk təklifə də rədd cavabı vermişdi.
Qeyd edək ki, Vortz ötən mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.