Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Rəsmi maska və gizli reallıq.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1961-ci ildə yaradıldığı gündən etibarən, iqtisadiyyat, səhiyyə, təhsil və demokratiyanın inkişafına yardım məqsədi daşıyan müstəqil humanitar qurum kimi təqdim olunub.
Lakin humanitar missiyalar adı altında çox daha mürəkkəb və mübahisəli fəaliyyət gizlənir.
Formal olaraq müstəqil agentlik kimi görünən USAID, əslində, birbaşa ABŞ prezidentinə, dövlət katibinə və Milli Təhlükəsizlik Şurasına tabedir.
Onun rəhbərləri ABŞ Senatının razılığı ilə prezident tərəfindən təyin edilir ki, bu da agentliyi ABŞ-nin xarici siyasət strategiyasının mühüm tərkib hissəsinə çevirir.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, 2024-cü maliyyə ilində USAID layihələrinə təxminən 36 milyard dollar vəsait ayrılıb.
Son doqquz il ərzində isə bu rəqəm ümumilikdə 335 milyard dollara çatıb.
Bu rəqəmlər agentliyin nə qədər böyük miqyasda fəaliyyət göstərdiyini göstərsə də, həmin vəsaitlərin konkret olaraq nəyə sərf olunduğu və bu fəaliyyətin əsl məqsədi ilə bağlı ciddi suallar doğurur.