Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşədi Dadaş məscidinin imamına qarşı sui-qəsd cəhdində, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Fəxrəddin oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Turkustan.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər tədqiq edilib.
Hakim Elşən Hüseynovdan əməlindən peşman olub-olmadığını soruşub.
Təqsirləndirilən şəxs bildirib ki, o, Rəsul Həsənlini öldürmək niyyətində olub və əməlindən peşman deyil: "Mənə dörd ay imamla görüşməyə izn vermədi.
O adamdan qan çıxmalı idi. Mən imam elan olunduğum üçün buna icazəm var. Mənə hər şey olar". Cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti prosesi dekabrın 24-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinə bıçaqla daxil olaraq, oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.