Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film ssenari
Kulis.az xəbər verir ki, ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.
Ssenari müsabiqəsinin şərtlərini təqdim edirik: – ssenarinin baş qəhrəmanı qadın olmalıdır.
– ssenaridəki hadisələr müasir zamanda baş verməlidir (1990-2024) – müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmur.
– müsabiqəyə göndərilən ssenarilərin metrajı 52 dəqiqədən çox olmalıdır.
– ssenarinin titul vərəqi olmalıdır (mərkəzdə ssenarinin adı, müəllifin adı və soyadı, sağ aşağı küncdə email adresi, əlaqə üçün telefon nömrəsi).
– ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul olunmur).
– qəbul müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur. – müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal v