Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq. Bu gün görkəmli alman yazıçı Haynrix Böllün anım günüdür.
Kulis.az onun "Mənim bahalı ayağım" hekayəsini təqdim edir. Axırı ki, mənə də iltifat göstərdilər.
Büroya getməyim üçün dəvətnamə göndərildi və getdim. Büroda hər kəs mənimlə mehriban davranırdı.
Məmur kartotekadan qeydiyyat vərəqəmi çıxardı və "Hm" – dedi. Mən də "Hm" – dedim. – Hansı ayağınızdır? – soruşdu. – Sağ. – Tamamilə?
– Tamamilə. – Hm – vaxtı uzadaraq digər kağızlara göz gəzdirdi. Oturmağıma icazə verdilər. Nəhayət o münasib kağızı götürdü.
– Məncə, – o dedi, – bu iş elə sizin üçündür. Əladır, həm də oturaq işdir.
Respublika meydanındakı ictimai tualetlərdə çəkmə təmizləyən vəzifəsi. Necədir? – Çəkmə təmizləyə bilmirəm.
Yaxşı təmizlənməmiş çəkmələr ucbatından həmişə başım ağrıyıb. – Eybi yoxdu, öyrənmək olar, – dedi, – hər şeyi öyrənmək olar.