Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Ağsafada minik maşını ağaca çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xətai kəndinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü hadisə yerində ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.