“Naim S” Şirkəti”nin yerləşdiyi obyekt müsadirə olunub hərraca çıxarıldı Fotolar
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi, ev 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 3 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 996,6 kvadratmetrə bərabərdir.
20 otaqdan ibarət olan obyektin ilkin bazar qiyməti 1 milyon 200 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə “Naim-S” Şirkəti (VÖEN – 1600224731) fəaliyyət göstərib.
Obyektin yerləşdiyi ünvan eyni zamanda “Naim-S” Şirkətinin hüquqi ünvanıdır.
Qanuni təmsilçisi Ələkbərov Maarif Süleyman oğlu olan şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
Tam oxu
Xəbəri oxu