Icma.az, Azvision portalına istinadən məlumat verir. AzVision.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Davosda keçirilən Dünya İqti
. Rusiyanın NATO-nun əsas rəqib kimi qiymətləndirən blokun baş katibi, eyni zamanda, gücü artan Çinlə bağlı sadəlöhv olmamağa çağırıb.
Onun sözlərinə görə, Ukraynanın Qərb ölkələrindən hərbi dəstəyə, o cümlədən hava hücumundan müdafiə (HHM) qüvvələri üçün raketləri və dronları ələ keçirən qurğulara, ehtiyacı var.
Bununla bağlı Rütte aropadakı müttəfiq ölkələrə və Kanadaya müraciət edərək onları Ukraynanı dəstəkləməyə çağırıb.
“Birləşmiş Ştatlar Ukraynaya ehtiyacı olduğu qədər hərbi texnika, xüsusilə avropalılar və kanadalılar tərəfindən ödənilən raket və dronları tutan qurğuları verməyə hazırdır.
Biz bu axını qoruyub saxlamalıyıq, onun davam etməsini və Rusiya ilə mübarizənin əsas məsələsini gözdən qaçırmamalıyıq”, - Şimali Atlantika Alyansının baş katibi vurğulayıb.
Mark Rütte Ukraynanın Rusiya ilə belə bir mübarizə apardığını, lakin ona NATO-nun dəstəyinin vacib olduğunu bildirib.
Çünki bu, həm də NATO-nun və Avropanın kollektiv təhlükəsizliyi ilə bağlıdır. Gündəmdə indi belə bir reallıqdır.