Nazirlikdə iki yeni TƏYİNAT
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "AzeLab" MMC-nin direktoru Raminə Abdullayeva işdən çıxıb.
Modern.az "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq onun müavini Şəhla Lətifovaya həvalə edilib.
"AzeLab" 2020-ci ildə nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında yaradılıb.
Onun nizamnamə kapitalı 245 749 manatdır. Şirkət dövlət sifarişinə əsasən ətraf mühit komponentlərinin keyfiyyəti üzrə analizlər həyata keçi
Nazirliyə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə də yeni direktor təyin edilib. Bu vəzifəyə Hüseyn Həsənov gətirilib.
O, şirkətin rəhbərliyində Mübariz Şirinovu əvəz edib. "Tullantıları İdarəetmə Mərkəzi" 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək
Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət hazırda Abşeron rayonunun Pirəkəşkül kəndində fəaliyyət göstərir.
Tam oxu
Xəbəri oxu