Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç baş tutacaq. “Neftçi” öz meydanında son çempion “Qarabağ” ilə üz-üzə gələcək.
Turun mərkəzi oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Ağdam klubu Azərbaycan derbisində qalib gəlsə, yenidən zirvəni ələ keçirəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Səbail”ə, “Kəpəz” də “Şamaxı”ya oxşar hesabla (1:0) qalib gəlib, “Zirə” isə “Sumqayıt”ı darmadağın (4:1) edib.
Misli Premyer Liqası 15-ci tur 1 dekabr “Neftçi” – “Qarabağ" 0:1 (1-ci hissə) Qol: Leandro Andrade, 27 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
“Neftçi Arena”. "Neftçi": 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99.
Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon Ehtiyat oyunçular: 1. Emil Balayev, 30.