“Nəvəmi klipimə çəkməyim tam təsadüf oldu, amma hazırlıqlı gəlmişdi” FOTO+VİDEO
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir. Əməkdar artist Könül Kərimova yeni klipi ilə diqqət çəkib.
Müğənni “Xoşbəxtəm səninlə” adlı mahnısını ekranlaşdırıb. Sənətçi ekran işinə nəvəsi Dənizi də çəkib.
Bəstənin musiqisi Cabbar Musayev, sözləri Elçin Məhırrəmova məxsusdur. Klipin rejissoru Xəyal Hüseyndir.
Moderator.az-a açıqlama verən müğənni Könül Kərimova bildirib ki, nəvəsini klipinə çəkməyi öncədən planlaşdırmayıb: “Nəvəmin klipimdə çəkilməsi çox anidən oldu.
Klip çəkilişi günü rejissor Xəyal dedi ki, burada uşaq obrazı olsa çox yaxşı olar. Mənə dedi ki, nəvəniz bacararmı? Dedim ki, sınayarıq.
Çağırdıq, anası ilə birlikdə çəkilişə gəldi. İçəri daxil olanda elə bildik ki, o bu obraza çəkilməyə gəlib. Hazırlıqlı idi.
Bizə də qəribə gəldi ki, uşaq sanki neçə vaxtdır məşq edib. Çox rahat, birinci dubldan başladı obrazı oynamağa.
Başa düşdük ki, qanında, canında incəsənətə həvəs var. Bu həvəs olmasaydı kamera qarşısında kompleksə düşərdi, bacarmazdı.
Tam oxu
Xəbəri oxu