Otuz iki ildən sonra Horovluda məktəb 103 şagirdlə fəaliyyətə başlayıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Cəbrayıl, 1 dekabr, Aydın Yavərzadə, AZƏRTAC Dekabrın 1-də Cəbrayıl rayonu Horovlu kənd ta
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib.
O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.Digər qonaqlar da çıxış edərək sevinclərini ifadə edib və məktəbin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndiriblər.
Tədbir bədii hissə ilə davam edib. Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olub
Onun sözlərinə görə, illər sonra yenidən Horovluda olmaq, doğulduğu məktəbdə çalışmaq böyük qürur və sevinc hissidir.
"Bu məktəbdə öz vəzifə borcumu həm də sevərək yerinə yetirəcəyəm. Bizə bu günü yaşadan Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Tam oxu
Xəbəri oxu