Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sülh prosesi fonunda Azərbaycan üçün narahatlıq yoxdurAzərbaycanın ən yaxın müttəfiqlərindən olan Pakistanın Ermənistanla diplomatik münasibətləri bərpa etməsi diqqətçəkən məqamdır.
Təbii ki, Azərbaycanın buna baxışı da vacib nüansdır. Məlum olduğu kimi Pakistan və Ermənistan xarici işlər nazirləri birgə bəyanat imzalaya
Tərəflər qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində niyyətlərini bildiriblər.
İki ölkə arasında diplomatik münasibətlərin qurulması tarixi hadisə kimi qiymətləndirilir.
Lakin bu addım Pakistanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə və prinsipial mövqeyinə təsir etməyəcək.
Pakistanın uzun illər Azərbaycan ərazilərinin işğalına görə Ermənistana qarşı qətiyyətli mövqeyi olub və diplomatik əlaqələr saxlamayıb.
Ermənistanın işğalçı siyasətinə etirazını açıq şəkildə ifadə edib.