Paşinyan KQB” agentlərini kilsəyə buraxmayacaq
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nikol Paşinyan "KQB” agentlərinin Erməni Apostol Kilsəsinə rəhbərlik etməsinə icazə verməyəcəyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, “Hökumət Saatı”nda Ermənistan fraksiyasından olan parlament üzvü Qarnik Danielyanın kilsə işlərinə müdaxilə ilə bağlı Paşinyana sual ünvanlayıb.
Paşinyanın əvvəlki çıxışının səs yazısını təqdim edən millət vəkilinə cavab olaraq Baş nazir bildirib ki, kilsə dövlət işlərinə müdaxilə etməməlidir.
Onun sözlərinə görə, indi kilsələrin dövlət əleyhinə təbliğat üçün istifadə olunduğu və seçkilər zamanı müəyyən fəaliyyətlə bağlı plan qurulduğu görünür.
"Biz heç vaxt kilsəyə “KQB” agentlərinin rəhbərlik edəcəyini təxmin etmirdik.
Burada Ermənistanın maraqları təhlükədədir", - deyə Paşinyan bildirib.
Xəzər “Cebheinfo.az” Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu