Icma.az bildirir, Ses qazeti portalına istinadən. 2020-ci ildən bu yana Azərbaycan Respublikası Prezidentinin intonasiyası başqa müstəviyə a
Bu cəsarət və hökmü ölkə başçısı müharibə dönəminin hərb meydanında qazanılan uğurlarla simvolizə edə bildi.
Milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırlayaraq məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər qorudu, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi.
Müharibədən sonra da hökmlü olmağı motivləndirən çox faktlar qoyuldu meydana: bir günlük antiterror əməliyyatı nəticəsində susdurulan düşmən, Azərbaycanın bayrağının Xankəndi və Xocalıda qaldırılması, CO29 kimi tədbirə ev sahibliyini uğurla sonuclandırması, iqlim diplomatiyasına verdiyi töhfə və son olaraq Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi!
İlham Əliyevin təhkiyəsindəki amiranəlik milli qürur və vüqarı dərindən dərk etməyin simvolu olmaqla yanaşı, həm də tarixin gedişinə, dəfələrlə təkrarlanan tarixin çarxına “dur” demək üçün vacibdir.
Çünki tarix özünün təcrübə dərslərini adətən Şərqdə keçib, böyük eksperiment üçün siyasi-sosial poliqon axtararkən güdaza Azərbaycan verilib, qurban kimi Azərbaycan xalqı seçilib.
Bütün geopolitik maraq və mənafelər bizim məkanda qovuşub və kəsişib.
Bu gün miqyas ilk növbədə, İlham Əliyevin tarixə saldığı nəzərin ölçülərində dəyişib.