Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır. UEFA-nın rəsmi saytı bu gün keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin "Atle
QOL.az həmin yazının tərcüməsini təqdim edir: Çempionlar Liqasının üçüncü turunda hələ bir xal da itirməmiş "Qarabağ" səfərdə "Atletik"in qo
"Atletik", UEFA Çempionlar Liqası 2025/26 mövsümündə ilk xallarını qazanmağa çalışacaq.
Komanda Bilbaoda, ilk iki oyunda qələbə qazanmış "Qarabağ"ı qəbul edəcək. Əvvəlki qarşılaşmalar Komandalar tarixdə ilk dəfə qarşılaşacaqlar.
"Atletik"in Azərbaycan komandası ilə yeganə əvvəlki qarşılaşması 2015/16 mövsümünün Avropa Liqasının üçüncü təsnifat mərhələsində olub.
Həmin vaxt basklar "Şamaxı" klubunu (o vaxtkı "İnter" - red.) keçmişdi – evdə 2:0 qalib gəlmiş, səfərdə isə 0:0 heç-heçə etmişdilər.
"Qarabağ" İspaniya klublarına qarşı keçirdiyi son beş oyunda qalib gələ bilməyib (2 heç-heçə, 3 məğlubiyyət).
Bu oyunların üçündə ümumilikdə 8 qol buraxıb: 2019/20 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Sevilya"ya qarşı evdə 0:3, səfərdə 0:2 səfərdə, bir il sonra isə "Vilyarreal"a qarşı evdə 1:3.